Ukraynanın bərpasına 411 milyard dollar vəsait lazımdırbackend

Ukraynanın bərpasına 411 milyard dollar vəsait lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünya Bankı , Avropa Komissiyası və Kiyevdəki səlahiyyətlilər Ukraynanın yenidən qurulmasının dəyərini 411 milyard dollar həcmində qiymətləndiriblər.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.Nəşr qeyd edib ki, bu məbləğ Ukraynanın ÜDM-sindən 2,6 dəfə çoxdur.

Tərəflərin fikrincə, Ukrayna bu il yenidənqurma üçün 14 milyard dollar həcmində investisiyaya ehtiyac duyur. Hesabatda bildirilib ki, Ukraynanın enerji sisteminə dəyən ziyan 2022-ci ilin iyun ayına olan təxminlərlə müqayisədə 5 dəfə artıb.