Ukraynalıların dörddə üçü ölkənin dirçəlişinin təxminən 10 il çəkəcəyinə inanırlar. Lakin onlar korrupsiyanı bərpa zamanı ən böyük risk kimi görürlər.Tribunainfo.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə “Transparency International Ukrayna”nın keçirdiyi sosioloji tədqiqat zamanı məlum olub.
Qeyd olunur ki, əhalinin Ukraynanın bərpası ilə bağlı fikirləri altı ay əvvəllə müqayisədə daha praqmatik xarakter alıb.
Tədqiqata görə, bərpa prosesinin 10 ildən çox davam edəcəyinə inanan ukraynalıların nisbəti xeyli artıb. Mart ayında əhalinin 63%-i belə hesab edirdi, noyabrda isə 73%-i artıq bərpanın 10 il və ya daha çox davam edəcəyini düşünür.
Eyni zamanda, ukraynalılar israr edirlər ki, hakimiyyət bərpa məsələləri ilə bağlı ictimaiyyətlə məsləhətləşməlidir və bu istək altı ay ərzində dəyişməyib. Yazda bu göstərici 93% idisə, payızda 92% faiz olub.