Ukraynanın Ali Baş Komandanı valideynlərini Moskvaya göndərdi
Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Aleksandr Sırski valideynlərini müalicə və reabilitasiya üçün Moskva vilayətinə göndərib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat dərc edib.
Məlumata görə, bu ilin aprel ayından Ukrayna hərbi liderinin atası, 86 yaşlı Stanislav Sırski koronavirusa yoluxduqdan sonra kəskinləşən beyin xəstəliyi ilə mübarizə aparır. Əvvəlcə generalın atası ailənin yaşadığı Vladimirdə müalicə olunsa da, oradakı həkimlər ona kömək edə bilməyiblər. Buna görə də Sırski valideynlərini Moskvaya göndərmək qərarına gəlib.
Atasının paytaxt klinikasında bir aylıq müalicəsi Ukrayna Silahlı Qüvvələrinin baş komandanına 1 milyon rubla (21 736 AZN) başa gəlir.