Ukraynalı uşaqları öldürməyə çağıran rusiyalı təbliğatçı Krasovski zəhərlənib

Ukraynalı uşaqları öldürməyə çağıran rusiyalı təbliğatçı Krasovski zəhərlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynalıların soyqırımına və ukraynalı uşaqların öldürülməsinə çağırış edən rusiyalı təbliğatçı Anton Krasovski zəhərlənib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Kyiv Post” qəzeti Baş Kəşfiyyat İdarəsindəki mənbələrə istinadən yazır.
Bazar günü, dekabrın 24-də Krasovski “Telegram”da yazıb ki, həftənin əvvəlində kəskin qarınağrıları olub, özünü pis hiss etməyə başlayıb və sonra huşunu itirib.
“Məni klinikaya apardılar. Yavaş-yavaş özümə gəlirəm”, deyə o, “Telegram”da yazıb.
Bununla belə, mənbələr onun vəziyyətinin pisləşməkdə davam etdiyini və çox güman ki, sosial şəbəkədəki son mesajları artıq təbliğatçının özü yazmadığını söyləyiblər.
Avqustun 18-də Ukrayna Təhlükəsizlik Xidməti təbliğatçı Krasovskiyə şübhə ilə bağlı məlumat verib. Fevral ayında Krasovski açıq şəkildə soyqırıma və Ukraynanın konstitusiya quruluşunu zorakılıqla dəyişdirməyə və ya devirməyə çağırmaqda təqsirli bilinib. O, əmlakı müsadirə olunmaqla qiyabi olaraq beş il müddətinə azadlıqdan məhrum edilib.
Anton Krasovski RT televiziya kanalının yayım direktoru olub. 2022-ci ilin oktyabrında Marqarita Simonyan bildirib ki, o, Krasovskinin ukraynalı uşaqları “suda boğmaq” və “yandırmaq” çağırışından sonra onunla əməkdaşlığı dayandırıb.