“Ukraynalı qaçqınların ABŞ-da qalmasına icazə veriləcək” – Tramp

“Ukraynalı qaçqınların ABŞ-da qalmasına icazə veriləcək” – Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp ukraynalı qaçqınların ölkədə qalması ilə bağlı gözlənilməz və mühüm açıqlama verib.

Ağ Evdə jurnalistlərlə söhbətində Tramp bildirib ki, müharibədən qaçaraq ABŞ-yə sığınan Ukrayna vətəndaşları münaqişə başa çatana qədər ölkədə qala biləcəklər.

“Düşünürəm ki, biz onlara icazə verəcəyik. Ukraynadan çoxlu insan gəlib və biz onlarla birlikdə işləyirik”, – deyə prezident qeyd edib.

Bu açıqlama Tramp administrasiyasının əvvəllər immiqrasiyaya qarşı sərt mövqe tutması ilə müqayisədə gözlənilməz hesab olunur. Xüsusilə də əvvəlki administrasiyaya əsaslanaraq müvəqqəti qanuni status almış şəxslərə münasibətdə sərt yanaşma siyasəti fonunda bu qərar diqqət çəkib.