Ukraynanın Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş Dneprudnıy Vasiliv rayonunun meri Yevgeni Matveyev rus əsirliyində həlak olub. Onun meyiti son mübadilədə evə gətirilib. Tribunainfo.az xəbər verir ki, bunu Zaporojjya vilayətinin rəhbəri İvan Fedorov deyib.
O bildirib ki, Matveyev 2022-ci ilin fevralından əsirlikdə olub. “O, 2 il 8 ay işğalçıların əsirliyində olub, işgəncələrə məruz qalıb. Sonuncu mübadilə zamanı meyit Ukraynaya qaytarılıb”.