Ukraynalı general həbs edildi: Xarkovun müdafiəsini düzgün təşkil etməyibmiş

Ukraynalı general həbs edildi: Xarkovun müdafiəsini düzgün təşkil etməyibmiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkov vilayətinin düzgün müdafiə olunmaması işində şübhəli bilinən “Xarkov” əməliyyat-taktiki qrupunun keçmiş komandiri, general Yuri Qaluşkin həbs olunub. Tribunainfo.az xəbər verir ki, Kiyev Məhkəməsi 5 milyon qrivn girov müqabilində onu ev dustaqlığına buraxacaq.
Lakin bunun üçün o, 60 gün həbsdə qalmalı olacaq.
Məsələ ondan ibarətdir ki, Qaluşkin Xarkov şəhərinin müdafiəsini düzgün qura bilməyib. Hətta bəzi yanlış qərarlar verməsi səbəbindən Ukrayna ordusu itkilərə məruz qalıb.
Ötən ilin ortalarında işdən çıxarılan və “Ukroboronprom”da işləyən general barəsində hələ həmin vaxt təhqiqat aparılırmış. Dünən isə istintaq qəti qərara gəlib ki, Qaluşkin səvlərə yol verib və bu da itkilərə səbəb olub.