Xəbər verildiyi kimi, ötən gün Ukrayna xüsusi xidmət orqanə bir neçə gün əvvəl Kiyevdə qətlə yetirilən əməkdaşının işi ilə bağlı əməliyyat keçirib.
Tribunainfo.az xəbər verir ki, əməliyyat nəticəsində iki nəfərin müəyyən edildiyi və onların zərərsizləşdirildiyi bildirilir.
Məlumata görə, “Motorolla” ləqəbli kəşfiyyatçı İvan Voroniçi Azərbaycan vətəndaşı olan ər-arvad öldürüb. Onlardan biri Xəqani Güləlizadə, digəri isə Nərmin Quliyeva olub. Ukrayna kəşfiyyatının açıqlamasına görə, hər iki şəxs silahlı müqavimət göstərdikləri üçün zərərsizləşdirilib.
Lakin Ukraynadakı təhlükəsizlik üzrə ekspertlər iki azərbaycanlının belə bir hadisə törədəcəyinə şübhə ilə yanaşırlar. Belə ki, təhlükəsizlik üzrə ekspert, keçmiş kəşfiyyatçı Aleksandr Maslyuk bildirib ki, hər iki şəxsin cinayəti törətməsi barədə dəqiq sübutlar yoxdur. “Təhlükəsizlik əməkdaşları Kiyevdə MTN polkovnikinin qətlində şübhəli bilinən Azərbaycan vətəndaşlarını məhkəməsiz və istintaqsız qətlə yetiriblər. Yəni sırf şübhəyə əsaslanaraq və ya qətl işinin üstünün açıldığını göstərmək üçün”.
Fərda Uğur