Ukraynalı deputat ölkədən qaçdı-Səbəbbackend

Ukraynalı deputat ölkədən qaçdı-Səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Radasının deputatı Artem Dmitruk ölkədən qaçıb. Tribunainfo.az xəbər verir ki, bir sıra cinayətlərdə ittiham olunan deputatın hansı şəraitdə ölkədən qaçdığı məlum deyil.

Kiyev İstintaq Komitəsinin məlumatına görə, haqqında cinayət işi açılmış və ölkədən çıxışına qadağa qoyulmuş deputatın axtarışlarına başlanılıb.

Bildirək ki, Dmitruk bir qrup şəxslə hüquq-mühafizə orqanlarının əməkdaşına və hərbi qulluqçuya xəsarət yetirməkdə, odlu silah oğurlamağa cəhddə, zərərçəkmişə orta dərəcəli bədən xəsarətləri yetirməkdə, xuliqanlıqda ittiham olunur.

Burada söhbət Odessada polisə, Kiyevdə isə hərbçiyə hücumlardan gedir.