Ukraynadan qisas hücumu – Belqorod, Rostov, Kursk, Volqoqrad şəhərləri vuruldu

Ukraynadan qisas hücumu – Belqorod, Rostov, Kursk, Volqoqrad şəhərləri vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belqorod vilayətində mərmi atılması nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib. Onun sözlərinə görə, iyulun 9-na keçən gecə atəş nəticəsində 60 fərdi yaşayış evi və 160 mənzil dağılıb, 140 avtomobil və elektrik xətləri sıradan çıxıb.

Ukraynaya məxsus onlarla pilotsuz təyyarənin Rostov vilayətinə zərbələr endirdiyi də bildirilir. Bölgənin qubernatoru Vasili Qolubev zenit müdafiəsinin hücumları dəf etdiyini iddia edib.

Voronej, Həştərxan, Kursk və Volqoqrad vilayətlərinə də pilotsuz təyyarələrlə hücumları qeydə alınıb.

Rusiya Müdafiə Nazirliyi Rostov vilayətində 21, Həştərxan vilayətində 5, Kursk vilayətində 7, Voronej vilayətində 2 və Belqorod vilayətində üç pilotsuz təyyarənin zərərsizləşdirildiyini açıqlayıb.

Xatırladaq ki, dünən Ukraynanın paytaxtı Kiyev də daxil olmaqla iri şəhərləri Rusiya ordusunun Xəzər dənizi üzərindən atılan ballistik raketlərlə vurulub. Nəticədə paytaxtda və Dnepr şəhərində uşaq xəstəxanasının binası, yaşayış binaları dağılıb. Son məlumatlara görə, əksəriyyəti uşaq olmaqla 38 nəfər həlak olub, 120-dən çox insan yaralanıb.

Ukrayna ordusunun Rusiya şəhərlərinə qeyd olunan hücumunu qisas əməliyyatı hesab etmək olar.

“AzPolitika.info”