Ukraynadan Kerç boğazında vəziyyəti gərginləşdirəcək addım

Ukraynadan Kerç boğazında vəziyyəti gərginləşdirəcək addım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Kerç boğazına gəmi göndərəcək.
TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko məlumat verib:
“Gəminin yola çıxacağı tarixi deməyəcəm. Gəmidə könüllülər, jurnalistlər, Avropa Təhlükəsizlik və Əməkdaşlıq təşkilatının ekspertləri, Ukrayna parlamentinin sədr vəkili İrina Qereşenko yer alacaq və bu dəfə Kerç boğazını keçəcək”.
Qeyd edək ki, 25 noyabr 2018-ci ildə Kerç boğazı yaxınlığında Rusiya Ukraynaya məxsus 2 hərbi gəmini ələ keçirmiş, 24 əsgəri həbs etmişdi.