Ukraynanın xarici işlər naziri Andrey Sibiga Krımın Ukraynanın ayrılmaz hissəsi olduğunu vurğulayaraq, bu ərazi üzərində nəzarətin bərpa ediləcəyini bildirib.
“Rusiya təcavüzü Krımdan başladı və məhz orada da sona çatacaq. Krım Ukraynanın tərkibinə mütləq qayıdacaq. Biz bu məqsəddən heç vaxt imtina etməyəcəyik. Bu, Avropada təhlükəsizlik və sülhün açar elementidir”, — deyə Sibiga qeyd edib.