ABŞ-ın keçmiş prezidenti Donald Tramp UFC-nib yüngül çəkidə keçmiş rusiyalı çempionu Həbib Nurməhəmmədovla Ukraynadakı münaqişənin həllini müzakirə etdiyini bildirib.
O, bu barədə “Impaulsive” “YouTube” kanalına müsahibəsində danışıb.
Ağ Evin keçmiş rəhbərinin sözlərinə görə, Nurməhəmmədov onların qısa söhbəti zamanı deyib ki, bu münaqişəni dayandırmaq lazımdır. Siyasətçi hesab edir ki, bunu ABŞ-da keçirilən prezident seçkilərindən dərhal sonra edə bilər.
O, həmçinin bildirib ki, Nurməhəmmədov əla və ağıllı insandır. Tramp onu “sevimlilərindən biri” adlandırıb. Bundan əlavə, o, Nurməhəmmədovun Rusiya prezidenti Vladimir Putinlə dost olduğu bildirib.
Qeyd edək ki, bundan əvvəl Nurməhəmmədov Trampı Fələstindəki münaqişəni dayandırmağa çağırıb.