Ukraynada yeni nazirlər təyin edildibackend

Ukraynada yeni nazirlər təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Ali Radası Kiyev vilayət administrasiyasının keçmiş sədri, ölkə prezidentinin ofisinin rəhbərinin müavini Aleksey Kulebanı yeni vəzifəyə təyin edib.

Tribunainfo.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, o, baş nazirin bərpa məsələləri üzə müavini – Ukrayna ərazilərinin və icmaların inkişafı naziri təyin edilib.

Bildirilir ki, 240 deputat onun təyinatının lehinə səs verib.

Bununla yanaşı, Olqa Stefanişina ədliyyə naziri təyin edilib. Onun namizədliyinin lehinə isə 253 deputat səs verib.

Onu da xatırladaq ki, Ali Rada istefa verən XİN rəhbəri Dmitri Kulebanın yerinə Andrey Sibiqanı təyin edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Ukraynanın ədliyyə naziri Denis Malyuska, strateji sənaye naziri Aleksandr Kamışin, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets, baş nazirin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina və baş nazirin nəzarətsiz ərazilərin reinteqrasiyası məsələləri üzrə müavini İrina Vereşçuk vəzifələrindən azad edilib.