Ukraynada yaşayan azərbaycanlı rəssam vəfat edibbackend

Ukraynada yaşayan azərbaycanlı rəssam vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun illərdir Ukraynada yaşayan azərbaycanlı rəssam, diaspor fəalı Əsgər Cavadov vəfat edib.

Bu barədə açıqlama verən mərhumun qohumu Şükür Şıxəliyev bildirib ki, dəfn mərasimi bu gün saat 14:00-da Xırdalan qəbiristanlığında baş tutacaq.

Məlumata görə, 1962-ci il təvəllüdlü Əsgər Cavadov ağciyər xərçəngindən əziyyət çəkirmiş.

“Sentyabrın 12-də Xorvatiyaya sərgiyə getmişdi. Sentyabrın 20-si oradan Azərbaycana qayıtdı. İki ay idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi”, – mərhumun yaxını qeyd edib.