Ukraynada şaxtada qalan 148 nəfərin hamısı çıxarılıb

Ukraynada şaxtada qalan 148 nəfərin hamısı çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusunun Dobropolye (Donetsk vilayəti) ərazisindəki yaşayış məntəqələrinə hücumu nəticəsində yerin altında qalan 148 mədənçinin hamısı xilas edilib.

Tribunainfo.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

“Bütün mədənçilər səthə çıxarılıb. Hazırda onların həyatılarına və sağlamlıqlarına təhlükə yoxdur,” – məlumatda deyilir.

Bundan əlavə, Rusiya zərbəsindən sonra şaxtaların birində bir nəfər həlak olub, daha üç nəfər yaralanıb.