Rusiyanın genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 494 uşaq həlak olub, daha 1048 uşaq yaralanıb.
Tribunainfo.az UKRİNFORM-a istinadən xəbər verir ki, “5 iyul 2023-cü il səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1543-dən çox uşaq zərər çəkib.
Yetkinlik yaşına çatmayan prokurorların təqdim etdiyi rəsmi məlumata görə, 494 uşaq həlak olub, 1048-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – Ukrayna Baş Prokurorluğunun Telegram-da paylaşımında deyilir.
Qeyd olunur ki, hazırda fəal hərbi əməliyyatların aparıldığı ərazilərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə iş aparıldığı üçün bu rəqəmlər yekun deyil.
İyulun 4-də Rusiyanın Xarkov vilayətinin Pervomaysk şəhərini atəşə tutması nəticəsində 3 aydan 17 yaşa qədər 12 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.
Xatırladaq ki, ən çox uşaq Donetsk vilayətində – 472, Xarkov vilayətində – 297, Kiyev vilayətində – 129, Xerson vilayətində – 113, Zaporojjya vilayətində – 91, Nikolayev vilayətində – 89, Dnepropetrovsk vilayətində – 83, Çerniqov vilayətində – 71, Luqansk vilayətində – 76 nəfər zərər çəkib.