Xəbər verdiyimiz kimi, avqustun 31-i Ukraynanın Kiyev vilayətinin Fastiv şəhərində azərbaycanlı ata və oğlu güllələnib.
Tribunainfo.az-ın məlumatına görə, keçmiş hərbçi olduğu bildirilən şəxs İsmayıl Rəhimov və atası Fərmana yaxınlaşaraq onlara atəş açıb.
Nəticədə 28 yaşlı İsmayıl hadisə yerində ölüb, atası isə ağır xəsarətlər alıb.
Hadisə barədə mərhumun atası Fərman İsmayılov İTV-yə danışıb. O, açıqlamasında insidentin təfərrüatını bölüşüb.
——–
15:12
Ukraynanın Kiyev vilayətinin Fastiv şəhərində azərbaycanlı ata-oğul güllələnib.
Tribunainfo.az xəbər verir ki, hadisə 31 avqustda baş verib.
Belə ki, keçmiş hərbçi müharibədə döyüşdüyünü əsas gətirərək bazarda çalışan azərbaycanlılardan endirimlə məhsul almaq istəyib, lakin rədd cavabı aldıqda onları təhqir edib və uzaqlaşıb.
Daha sonra isə üzərində tapanca ilə əraziyə gələrək ata və oğulu güllələyib. Nəticədə 28 yaşlı oğul İsmayıl Fərman oğlu Rəhimov hadisə yerində həyatını itirib, ata isə ağır yaralanıb.
Cinayətlə bağlı Ukraynanın Baş Prokurorluğu hər hansı məlumat yaymayıb.
Olay Ukraynada yaşayan azərbaycanlılar arasında ciddi rezonans doğurub. (axar.az)