Ukraynada prezident seçkilərində dörd potensial namizəd var – REYTİNQ

Ukraynada prezident seçkilərində dörd potensial namizəd var – REYTİNQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynada keçiriləcək prezident seçkiləri ilə bağlı aparılan sorğularda dörd potensial namizədin liderliyi davam edir.
Xezerxeber.az-ın məlumatına görə, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu və “Reytinq” Sosioloji Qrupun apardığı birgə rəyə əsasən prezidentliyə namizədliyə iddialı olan Ukraynanın sabiq baş naziri, “Batkivşina” partiyasının lideri, deputat Yuliya Timoşenko, şoumen Vladimir Zelenckiy, hazırkı prezident Petro Poroşenko, sabiq müdafiə naziri, “Qrajdanskaya pozitsiya” partiyasının rəhbəri, deputat Anatoliy Qriçenko reytinqdə irəlidədirlər.
Sorğuda iştirak edənlərin 12,7 faizi Timoşenkoya, 7,6 faizi Zelenskiyə, 6,3 faizi Poroşenkoya, 6,2 faizi isə Qriçenkoya səs veriblər.
Ali Radada müxalifət blokunun lideri Yuriy Boyko isə ilk beşliyi tamamlayır. O səsvermədə iştirak edənlərin 5,5 faiz səsini qazanıb.
Qeyd edək ki, Ukrayna Konstitusiyasına əsasən prezident seçkilərinin 2019-cu il martın 31-də keçirilməsi nəzərdə tutulur.