Ukraynanın Ali Radası ölkədə növbəti prezident seçkilərinin 2019-cu il martın 31-də keçirilməsi barədə qanun layihəsini qəbul edib.
TİA.AZ bildirir ki, bu barədə qərar Ali Radanın noyabrın 26-da keçirilən növbədənkənar iclasında qəbul olunub. Qanun layihəsinə deputatların 298-i lehinə səs verib.