UKRAYNADA NEFT ANBARI DAĞIDILIB – RUSLARI GÜNAHLANDIRIRLAR

UKRAYNADA NEFT ANBARI DAĞIDILIB – RUSLARI GÜNAHLANDIRIRLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Rovnen vilayətində Rusiyaya məxsus pilotsuz təyyarələrin gecə saatlarında keçirdiyi kütləvi hücum nəticəsində Dubensk vilayətində neft anbarı dağıdılıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə vilayət hərbi idarəsinin rəisi Vitali Koval məlumat verib.
“Gecə Rovnen bölgəsi dronların kütləvi hücumuna məruz qalıb. Təəssüf ki, Dubenşçinadakı neft anbarı dağıdıldı. Qurbanlar yoxdur.
Hadisə yerində 45 xilasedici və 14 texnika çalışır. Müvafiq istintaq komissiyaları da rayonun güc strukturlarının rəhbərliyi ilə işləyir”, – məmur öz Telegram kanalında yazıb.

Kovalın sözlərinə görə, radiasiya fonu normaldır, əhalinin evakuasiyası planlaşdırılmır.