“Qərb ekspertlərinin Ukrayna ordusunu nəzarəti altında olan regionun əhalisinin 29 milyon nəfər olması ilə bağlı hesablamaları düzgündür”.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Həyat Keyfiyyəti Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qladun deyib.
Ukraynalı demoqraf Aleksandr Qladun Ukraynada vəziyyətin pisləşdiyini qeyd edib.
Onun sözlərinə görə, ekspertlər nəzarət edilən ərazidə əhalinin təxminən 29 milyon nəfər olduğunu təxmin edir.
“Bəli, biz nəzarət edilən ərazinin əhalisini 29 milyon civarında təxmin edirik. Urada səhv etmə ehtimalı 1 milyondur. Bu rəqəm az-çox doğrudur. Əgər kimsə 28 və ya 30 milyon desə, bun mübahisələndirmək çətindir. Çünki obyektiv məlumatımız yoxdur”,-deyə o, bildirib.
Xatırladaq ki, Ukraynada müharibədən əvvəl 41 milyon əhali yaşayırdı.