Ukraynada müharibədə 484 uşaq öldürülübbackend

Ukraynada müharibədə 484 uşaq öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynada genişmiqyaslı müharibəyə başlamasından sonra 484 uşaq öldürülüb, 992 uşaq isə yaralanıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilib. Qeyd olunub ki, müharibə dövründə 19 500 ukraynalı uşaq məcburi şəkildə Rusiyaya və ya işğal altındakı digər ərazilərə köçürülüb. Bundan başqa 2500-dən çox təhsil müəssisəsi zədələnib, 256-sı tam dağıdılıb.Qeyd edək ki, Ukraynanın daxili işlər naziri İqor Klimenko bu gün Kiyevə endirilmiş raket zərbəsi nəticəsində 9 yaşlı qızın və onun 34 yaşlı anasının, eləcə də 33 yaşlı qadının həlak olduğunu açıqlayıb.