Ukraynada müharibədə 443 uşaq ölüb, 853-dən çoxu yaralanıbbackend

Ukraynada müharibədə 443 uşaq ölüb, 853-dən çoxu yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində 443 uşaq ölüb, 853-dən çox uşaq isə yaralanıb.
Tribunainfo.az “Report”a istinadən xəbər verir ki, bunun hələ son siyahı olmadığı bildirilib.
Məlumata görə, bu rəqəmlər Ukraynanın rəsmi olaraq adlarını təsdiqlədiyi uşaqların sayıdır. Hərbi əməliyyatlar davam edən və işğal altındakı bölgələrdə ölən uşaqları saymaq mümkünsüzdür.
Vurğulanıb ki, uşaqlar daha çox Donetsk, Xarkov, Kiyev, Nikolayev, Zaporojye, Xerson, Çerniqov, Luqansk və Dnepropetrovsk vilayətlərində xəsarət alıb. Bombardmanlar nəticəsində 2 719 təhsil müəssisəsinin binasına ziyan dəyib, onlardan 332-si tamamilə dağılıb.
Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada müharibəyə başlayıb.