Ukraynada hərbi anbarlarda yanğınlar törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Vinnitsa vilayətində hərbi anbarlarda baş vermiş yanğından öncə təxribat fəaliyyəti göstərməkdə şübhəli bilinən şəxslərin saxlanıldığı məlum olub.
  Ukraynanın Vinnitsa vilayətində hərbi anbarlarda baş vermiş yanğından öncə təxribat fəaliyyəti göstərməkdə şübhəli bilinən şəxslərin saxlanıldığı məlum olub. 

TİA.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Silahlı Qüvvələrinin inkişaf və material təminatı baş idarəsinin mətbuat katibi Sergey Misyura deyib.

Onun sözlərinə görə, məlum hadisədən öncə vilayətdə antiterror təlimləri çərçivəsində diversiya qruplarının axtarışı əməliyyatı keçirilib: “Qrupların əksəriyyəti aşkarlanıb. Lakin diversantların hamısı hələ tutulmayıb. Qruplardan biri pilotsuz uçuş aparatlarına partlayıcı vasitələri yerləşdirə bilib. Artıq sübut olunub ki, ərazidə pilotsuz uçuş aparat işləyib. Bu, terror aktıdır”.

S. Misyura bildirib ki, partlayışlar zamanı Ukrayna ordusu üçün vacib olan hərbi sursatlara ziyan dəyməyib, çünki onlar yeraltı anbarlarda olub.

Xatırladaq ki, ötən gün axşam Vinnitsa vilayətində yerləşən hərbi anbarlarda yanğın baş verib. Sonra anbarlarda olan döyüş sursatları partlayıb. Yaxın kəndlərdən 30 mindən çox adam təxliyə edilib, iki nəfər xəsarət alıb.