Dünən aşam saatlarında Ukraynanın Kremençuk şəhəri yaxınlığında Mi-8 helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində 4 nəfər ölüb.
TİA.AZ Ukrayna yerli mətbuatına istinadla bildirir ki, bu barədə Poltava vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat katibi Svetlana Rıbalko məlumat verib.
O bildirib ki, özəl aviaşirkətə məxsus helikopterdəki insanların hamısı həlak olub.
Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.