Ukraynanın “35 kanal” televiziyasında ölkənin infrastruktur naziri Vladimir Omelyana “çirkli və üfunətli” deyilib. FaktXəbər bildirir ki, telekanalın aparıcısı suflyorun hazırladığı mətnə etibar edərək xəbəri oxuyarkən xoşagəlməz halla üzləşib.
Belə ki, aparıcı xəbəri oxuyarkən, “Ukraynanın çirkli və üfunətli infrastruktur naziri Vladimir Omelyan Nikolayev şəhərinə işgüzar səfəri zamanı Nikolayevski dəmiryol vağzalının vəziyyətini tənqid edib”,-deyə cümləsini işlədib.
Aparıcının etdiyi səhv sosial şəbəkəyə yerləşdirildiyi andan böyük maraqla qarşılanıb.