Odessa Vilayət Şurasının sədr müavini Oleq Radkovskiyə sui-qəsd təşkil edilib.
Odessa Vilayət Şurasının sədr müavini Oleq Radkovskiyə sui-qəsd təşkil edilib.
TİA.AZ xəbər verir ki, Radkovskiyə Odessa şəhərinin mərkəzində atəş açılıb. O, üç güllə yarası alıb.
Onun hazırda xəstəxanaya yerləşdirildiyi və həyati təhlükəsi olmadığı bildirilir.
Qeyd edək ki, Radkovski müxalif Baktivşina Partiyasının üzvüdür. Yuliya Timoşenkonun sədr olduğu partiya son aylar Mixail Saakaşvili ilə çox yaxınlaşıb.