Ukraynada Rusiya tərəfindən döyüşən 6 nepallının öldürüldüyü məlum olduqdan sonra Nepal rəsmi Moskvaya müraciət ünvanlayaraq, öz vətəndaşlarının rus ordusuna cəlb edilməməsini tələb edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi Nepal Xarici İşlər Nazirliyi və “The Kathmandu Post” qəzetinə istinadən bildirib.
“Nepal hökuməti Rusiyaya ölən nepallıların cəsədlərinin dərhal qaytarılması və ailələrinə təzminat ödənilməsi tələbi ilə müraciət edib”, – deyə Nepal Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Bundan əlavə, bəyanatda Nepalın Rusiya ordusunda xidmət etmiş vətəndaşını əsirlikdən azad etmək üçün diplomatik səylər göstərdiyi vurğulanır.
İngilis “The Kathmandu Post” qəzeti Nepalın Moskvadakı səfiri Milan Rac Tuladhara istinadən yazır ki, Rusiya ordusunda 150-200 nepallı muzdlu xidmət edir.