Hazırda Ukraynada 15 minə yaxın hərbi qulluqçu və 11 min mülki şəxs xüsusi şəraitdə itkin düşmüş hesab edilir.
Tribunainfo.az xəbər verir ki, bu barədə RBC-Ukrayna telemarafon zamanı Ukrayna daxili işlər nazirinin müavini Leonid Timçenkoya istinadən məlumat verib.
“Hazırda xüsusi şəraitdə itkin düşmüş şəxs qismində axtarışda olan 26 mindən çox adamın 11 mini mülki, 15 mini hərbçidir”, – nazir müavini bildirib.
Timçenko qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları müvafiq reyestr aparır və hər bir itkin düşmüş şəxs haqqında məlumatları qeyd edirlər.
Belə ki, Daxili İşlər Nazirliyi axtarışları əlaqələndirən Milli Polis və Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edir.
O, həmçinin bildirib ki, hazırda 9 minə yaxın ailə “İtkin düşmüş şəxslərin vahid reyestri”ndən çıxarışlar alıb.