Ukraynada “Woolik” adlanan yeni sosial şəbəkə yaradılıb.
Ukraynada “Woolik” adlanan yeni sosial şəbəkə yaradılıb.
İKT.lent.az-ın “Vzqlyad” nəşrinə istinadən verdiyi məlumata görə, layihə rəhbərləri “Facebook”da bildiriblər ki, ukraynalılar çoxdan özlərinin milli sosial şəbəkəsinə layiqdirlər. Bu sosial şəbəkə ən yaxşı xarici analoqlardan geri qalmayacaq.
“Bir ilhamlanmış icmayıq və bu haqsızlığı düzəltmək üçün öz milli məhsulumuzu tərtib etmişik. “Woolik” – Ukraynanın möhtəşəm funksionallığa malik rahat sosial şəbəkəsidir. Bu sosial şəbəkə dünya analoqlarından geri qalmayacaq və onları üstələyəcək”, – deyə tərtibatçılar bildirib.
Onlar həmçinin qeyd edirlər ki, “Woolik”in missiyası Ukraynada insanların bütün dünya ilə effektiv kommunikasiya və ünsiyyət yaratması üçün müasir, estetik olaraq xoş, tez və rahat sosial şəbəkəni yaratmaqdır”.
Xatırladaq ki, bu həftə Ukrayna özünün “Ukrainians” adlanan yeni sosial şəbəkəsini bağlayıb.