Ukrayna Xersonun şimalında Rusiya müdafiəsini yardı, ruslar 30 km geri çəkildibackend

Ukrayna Xersonun şimalında Rusiya müdafiəsini yardı, ruslar 30 km geri çəkildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna komandanlığı əks-hücum əməliyyatını davam etdirir. Rusiyayönlü “Telegram kanalları Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin şimalında Rusiya müdafiəsini yardığını bildirir. Bir gün əvvəl Dudçanı azad edən Ukrayna Orusu bu gün Davıdov Brodunu da geri alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “The İnsıder” yazır.
“Vəziyyət dəyişməsə, rus qoşunları Xerson da daxil olmaqla Dnepr çayının bütün sağ sahili üzərində nəzarəti itirə bilər. Rus qoşunları geri çəkilir, Berislav – Yeni Kaxovka yaxınlığında müdafiə xətti qurmağa çalışacaqlar”, deyə xəbərdə bildirilir.
Hərbçilər iki aya yaxındır geri almağa çalışdığı Davıdov Brod kəndi üzərində Ukrayna bayrağını qaldırıblar. Videonu Ukrayna Müdafiə Nazirliyi “Twitter”də yayıb. Davıdov Brod 35-ci Əlahiddə Dəniz Briqadasının qüvvələri tərəfindən rusiyalılardan azad edilib.
Eyni zamanda, şəbəkədə Ukrayna hərbçilərinin Xerson vilayətinin bir sıra digər yaşayış məntəqələrindən çəkilmiş videogörüntüləri yayımlanır. Xüsusilə, Davıdov Brod yaxınlığında yerləşən Staroselı, Arxangelsk, Bolşaya Aleksandrovkadan.
Rusiyanın Müdafiə Nazirliyi Xerson vilayətinin şimalında geri çəkilməni etiraf edib. “Agentstvo.Nocosti” “Telegram” kanalı nazirliyinin oktyabrın 4-də keçirdiyi brifinqdə göstərdiyi xəritəyə diqqət çəkib.
Orada Xarkov vilayətinin demək olar ki, tamamilə işğaldan azad edildiyi, Xerson vilayətinin şimalında isə rusiyalıların sutka ərzində təxminən 30 kilometr geri çəkildiyi qeyd edilib.