Xaricdə yaşayan hərbi xidmət keçməli olan ukraynalılar orduya çağırıla bilər. Ukraynada belə senarilər müzakirə olunur.
Tribunainfo.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov Welt və Bild-ə müsahibəsində bildirib.
Umerov ehtimal edib ki, gələn il xaricdə yaşayan kişilər hərbi xidmətə çağırıla bilər. Almaniyada və digər ölkələrdə yaşı 25-dən 60-a qədər olan hərbi yaşda olan ukraynalılardan Silahlı Qüvvələrin hərbi xidmətə çağırış mərkəzlərinə müraciət etmələri tələb oluna bilər.
Müdafiə naziri ancaq dəvətdən danışıb. Lakin alman nəşrinin qeyd etdiyi kimi, Umerov tələbin yerinə yetirilmədiyi təqdirdə sanksiyaların ola biləcəyini açıqlayıb.
Welt Umerovdan sitat gətirir: “Biz hələ də onlar könüllü gəlməsələr, nə baş verəcəyini müzakirə edirik”.
Müdafiə Nazirliyinin rəhbəri səfərbərlik məsələsində ədalətin vacib olduğunu vurğulayıb. Hərbçilərin necə təlim keçdiyi və təchiz edildiyi, harada və nə vaxt xidmət etdiyi, nə vaxt tərxis olunduğu önəmlidir. Umerovun sözlərinə görə, səfərbər olunanlar üçün qabiliyyətlərindən asılı olaraq seçimlər olacaq.
“Biz hamı üçün ədalət istəyirik, çünki bu, öz ölkəmizə aiddir. Biz onlara dəvət göndərəcəyik”, – o əlavə edib.
Müdafiə naziri əqidəsinə görə hərbi xidmətdən imtina edənlərə rəğbətinin olmadığını açıqlayıb: “Bu, ölkənizin müdafiəsinə qalxmaq və ölkənizə xidmət etmək üçün verilən cəza deyil. Bu, şərəfdir”.
Alman nəşrlərinin qeyd etdiyi kimi, 24 fevral 2022-ci ildən Almaniyaya yaşı 18-60 arasında olan 221 571 ukraynalı kişi gəlib. Onlardan 189 484-ü hazırda ölkədədir.