Volqoqrad vilayətində neft saxlanc yerlərinə dronla hücum edilib.
Tribunainfo.az xarici TASS-a istinadən xəbər verir ki, Kalaç-na-Don neft bazasına pilotsuz təyyarənin hücumu nəticəsində xəsarət alan olmayıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən Baş İdarəsindən bildirilib.
Məlumata görə, özəl neft bazası ərazisində dron hücumundan sonra benzin qabları alovlanıb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı informasiyaya əsasən, əraziyə xeyli sayda yanğınsöndürən cəlb edilib.
Bundan əvvəl də Volqoqrad vilayətində dronların hücumunun qarşısı alınıb.
Kalaç-na-Don şəhərində ilk partlayışlar səhər saat 04-00 radələrində baş verib.
Bundan sonra neft bazası yaxınlığında yanğın baş verib və şəhərin müxtəlif rayonlarından qara tüstü sütunu görünüb.