Ukrayna və Rusiya arasında gərginlik – Müharibə başlaya bilər – Foto

Ukrayna və Rusiya arasında gərginlik – Müharibə başlaya bilər – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Hərbi Dəniz Qüvvələri Kerç boğazında Ukraynaya aid 3 hərbi gəmiyə hücum edib.

Hücum nəticəsində gəmilərdən ikisinin ələ keçirildiyi və xeyli sayda yaralının olduğu bildirilib. Rusiya tərəfinin verdiyi açıqlamaya görə, Ukrayna gəmiləri sürhədi qanunsuz keçiblər. Bununla bağlı onlara xəbərdarlıq da edilib, amma onlar istiqaməti dəyişməyiblər. Buna görə də, gəmilərə atəş açılıb.

Minval.info Reuters-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Predro Paraşenko Rusiyanın Ukrayna gəmilərinə hücumundan sonra parlamentdəki çıxışında ölkədə hərbi vəziyyət elan etdiyini bildirib. Onun sözlərinə görə, parlament bazar ertəsi günü vətəndaşların azadlıqlarını məhdudlaşdıran və dövlət qurumlarına gücləndirilmiş iş rejimində işləməyə çağıran hərbi vəziyyət qərarıyla bağlı fikir bildirəcək.

Baş verənlərlə bağlı Kiyevdə yerləşən Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Vurulan Ukrayna gəmilərinin xatirəsinə kağızdan düzəldilmiş gəmilər səfirliyin qarşısına qoyulub.

 

Tarix: 2018/11/26 12:17

Gündəm