Avropa Birliyinin Ukraynaya tətbiq etdiyi taxıl embarqosunu ləğv etmək qərarına əməl etmədiyi üçün Kiyev administrasiyası tərəfindən tənqid edilən Polşa, bu reaksiyalara cavab olaraq, Ukraynaya əlavə silah göndərməyəcəyini bir müddət əvvəl açıqlamışdı.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, müharibənin ilk günündən qonşusu Ukraynanı Rusiyaya qarşı müdafiə edən və dəstəkləyən Varşava ilə Kiyev aralarındakı kəndirlər qırılma nöqtəsinə çatdı.
Polşa 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Kiyevin əsas müttəfiqi və əsas silah təchizatçılarından biri olub. O, həmçinin müxtəlif dövlət yardımları ilə dəstəklənən 2 milyona yaxın ukraynalı qaçqını qəbul edir.
Amma son günlərdə Ukrayna ilə münasibətlər taxılla bağlı mübahisələrin artması səbəbindən pisləşdi.
Polşa Baş nazir Mateusz Morawiecki verdiyi açıqlamada ölkəsinin öz müdafiəsini prioritetləşdirməyə qərar verdiyini və Ukraynaya silah göndərilməsinin dayandırılacağını bildirib.
Zelenski isə çıxışında Avropadakı bəzi qrupları taxıl ixracı məsələsinin Rusiyanın xeyrinə olmasına icazə verməkdə ittiham edib.