Ukrayna Ural və Rusiyanın Uzaq Şimal bölgələrinə hücum edə bilən dronlara sahibdir

Ukrayna Ural və Rusiyanın Uzaq Şimal bölgələrinə hücum edə bilən dronlara sahibdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2024-cü ildə Ukrayna 2000 km və ya daha uzaq mənzilli pilotsuz uçuş aparatlardan istifadə etməyə başlaya bilər, bunun sayəsində Ukrayna Silahlı Qüvvələri orta və uzaqn mənzilli raketlərin çatışmazlığını kompensasiya edə biləcək. 
Tribunainfo.az xəbər verir ki, bu barədə BILD vəziyyətlə tanış olan mənbəyə istinadən yazır.
2500 km-ə qədər uçuş məsafəsi olan pilotsuz uçuş aparatları bu ilin sonuna qədər Ukrayna ordusuna eyni anda 10 istehsalçı tərəfindən verilə bilər. Eyni zamanda, Ukraynanın “Luch” konstruktor bürosu 3300 km-ə qədər məsafə qət edə bilən “Sokol-3000” PUA-sı hazırlayıb.
“Raketlər keçmişdə qaldı. Dronlar gələcək”, – Bild mənbəsi deyir.
Məlumat doğrudursa, o zaman Ural və ya Rusiyanın Uzaq Şimal bölgəsi Ukrayna Silahlı Qüvvələrinin zərbəsi altında ola bilər. Ukrayna PUA-ları, məsələn, 80-ə yaxın hərbi bazanın olduğu Murmansk vilayətinə uça biləcək. Onların arasında Ukraynanı atəşə tutan strateji bombardmançıların yerləşdiyi Olenya aerodromudur.
Ötən çərşənbə axşamı Ukrayna pilotsuz uçuş aparatları ilk dəfə olaraq Tatarıstandakı hədəfləri – cəbhə xəttindən 1300 km məsafədə vurub. Zərbələrdən biri Ukrayna istehsalı olan UJ-22 pilotsuz uçan aparatı tərəfindən həyata keçirilib. Əvvəllər onun maksimal uçuş məsafəsinin 800 km-dən çox olmadı ehtimal edilirdi. Digər zərbə Ukraynanın Aeroprakt A-22 “Uçan tülkü” ultrayüngül təyyarəsinin bazasında yaradılmış pilotsuz uçan aparat vasitəsilə həyata keçirilib.