Ukrayna üçün vuruşan rus legionu Rusiyanın sərhəd kəndini ələ keçirdi (VİDEO)backend

Ukrayna üçün vuruşan rus legionu Rusiyanın sərhəd kəndini ələ keçirdi (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiyanın Azadlığı” rus legionunun könüllüləri Kursk bölgəsinin Tyotkino kəndi tamamilə nəzarətə götürdüklərini bildiriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Azadlığı Legionu və RDK məlumat yayıb.
“Kursk vilayətinin Tyotkino şəhəri tamamilə Rusiya azadlıq qüvvələrinin nəzarəti altındadır. Putinin ordusu sürətlə kəndi tərk edir, mövqelərini tərk edir və ağır texnikanı atıb qaçır”, – legiondan bildirlib.
Bu arada RDK rus əsgərlərinin mövqelərini tərk edərək qaçdığı videonu da dərc edib: “Putin ordusunun əsgərləri dabanlarına tüpürüb qaçırlar. Onların arxasında yaşayış məntəqələri, texnika, hər şeydən əvvəl isə tərk edilmiş və lazımsız Rusiya Federasiyası vətəndaşları var”.
“Rusiyanın Azadlığı”, RDK və “Sibir Batalyonu” legionunun əsgərləri Rusiyanın sərhəd ərazisinə daxil olduqlarını, hərbi könüllü dəstələrin müraciəti və ərazidə hərbi qulluqçuların olması ilə bağlı videonu dərc etdiklərini bildiriblər. Telegram kanallarında guya hərbçilərin Rusiya Federasiyasının ərazisində olduğunu və atışma getdiyini göstərən video yayılıb.