Ukrayna hərbçiləri pilotsuz uçuş aparatlarından istifadə etməklə Belqorodda iki yaşayış məntəqəsinə hücum ediblər.
Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün “Telegram” kanalında məlumat paylaşıb.
Onun sözlərinə görə, Şebekino şəhərində “QAZelle” PUA ilə vurulub, nəticədə iki nəfər, ər-arvad yaralanıb. Onlar rayon klinik xəstəxanasına yerləşdiriliblər.
Həmçinin Çeremoşnoye kəndində kamikadze dron hücumundan sonra ticarət obyekti yanıb. /Unikal