Ukrayna Soçi aeroportuna zərbənin məsuliyyətini öz üzərinə götürdü

Ukrayna Soçi aeroportuna zərbənin məsuliyyətini öz üzərinə götürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Soçi aeroportunun ərazisində yerləşən yanacaq-doldurma kompleksinə zərbə endirildiyini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, hücum nəticəsində ərazidə güclü yanğın baş verib.

Baş Qərargahın məlumatına görə, həmin aerodromda Rusiya ordusuna məxsus hərbi aviasiya yerləşdirilmişdi.

Zərbə gecə saatlarında qeydə alınıb. Bundan əvvəl, avqustun 3-nə keçən gecə, Rusiya mediası – xüsusən “Astra” Telegram kanalı – Soçinin Adler rayonundakı neft bazasına pilotsuz uçuş aparatları ilə hücum həyata keçirildiyini bildirmişdi. Həmin məlumatlara görə, “Rosneft-KubanNeftəProdukt” şirkətinə məxsus neft bazasında yanğın baş vermişdi.

Daha sonra Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev də Adler rayonunda yanacaq çəninə dron qalıqlarının düşməsi nəticəsində yanğın çıxdığını təsdiqləyib.