Dövlət başçısı cəbhədə “başqa planların da həyata keçirildiyinə” eyham vurub.
Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna hərbçiləri Donetsk istiqamətində irəliləməyə nail olublar.
Bu barədə dövlət başçısı təhlükəsizlik orqanlarının rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilərlə gündəlik müşavirəsinin yekunlarından sonra danışıb.
“Mən cəbhədəki vəziyyət, texnika və sursatların tədarükü, kəşfiyyat məlumatları ilə bağlı hesabatlar aldım. Donetsk istiqamətində irəliləyişimiz var. Həyata keçirilən başqa planlar da var”, – o qeyd edib.
Zelenski həmçinin vurğulayıb ki, Xerson vilayətində ruslar silahlarının çata biləcəyi əraziləri terror etməkdə davam edirlər. O cümlədən, gün ərzində düşmən bölgə boyu 26 idarə olunan aviabomba atıb.