Ukrayna Müdafiə Qüvvələri Rabotino kəndi istiqamətində və Zaporojye vilayətinin Poxovski rayonunun Malaya Tokmaçka kəndinin cənubuna doğru irəliləməkdə uğur qazanıb.
Tribunainfo.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin Berdyansk və Melitopol istiqamətində hücum əməliyyatları cənubda davam edir.
Malyarın qeyd etdiyi kimi, Rusiya ordusu Zaporojye və Xerson istiqamətlərində müdafiədədir, lakin Lancet PUA-dan fəal istifadə etməklə, Zaporojye, Xerson və Nikolayev vilayətlərində Ukrayna mövqelərini və mülki obyektlərini atəşə tutmaqda davam edir.