Ukrayna şərqdə daha iki Rusiya təyyarəsini vurdu: 2 gündə 6 təyyarə

Ukrayna şərqdə daha iki Rusiya təyyarəsini vurdu: 2 gündə 6 təyyarə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna hərbçiləri şərqdə daha iki Rusiya təyyarəsini vurub. Ukrayna Silahlı Qüvvələri son iki gündə işğalçıların 6 təyyarəsini “endirməyə” nail olub.
Tribunainfo.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşukun və Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırskinin Teleqram kanallarına istinadən məlumat yayıb.
“19 fevral 2024-cü il səhəri. Şərq istiqaməti. İşğalçının daha iki təyyarəsi çıxdaş oldu!” – Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk bildirib.
Onun sözlərinə görə, söhbət Su-24 və Su-35S qırıcılarından gedir.

Bir az sonra Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski bu təyyarələrin Ukrayna qüvvələrinin mövqelərinə KAB (iri aviasiya bombaları – red.) hücumları həyata keçirdiyinə aydınlıq gətirib.
“Bu gün səhər Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri qoşunlarımızın mövqelərinə idarə olunan bombalarla hücum edən iki Rusiya təyyarəsini məhv edib. Bir Su-34 qırıcı-bombardmançı və bir Su-35S qırıcısı”, – o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Ukrayna hərbçiləri dörd Rusiya təyyarəsini vurub. Məsələn, fevralın 18-də Ukrayna Silahlı Qüvvələri şərqdə Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsini məhv edib.
Fevralın 17-də isə məlum olub ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri üç Rusiya təyyarəsini – iki Su-34 qırıcı-bombardmançı və bir Su-35 qırıcısını vurub. Onlar da şərq cəbhəsində vurulub.