Ukrayna səfirliyi Azərbaycana təşəkkür etdi

Ukrayna səfirliyi Azərbaycana təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna səfirliyi humanitar yardımlara görə Azərbaycana təşəkkür edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

“Bu gün – Ümumdünya Humanitar Yardım Günü münasibətilə, biz ən çətin zamanlarda insanlığı qoruyan və dəstəkləyənləri anırıq.

Ukrayna üçün bu gün müharibə səbəbindən xüsusi məna kəsb edir. Rusiyanın genişmiqyaslı işğalı ölkədə humanitar böhrana səbəb olub, lakin dünyanın hər yerindən dostlarımızın və tərəfdaşlarımızın köməyi sayəsində biz bu böhranla mübarizə apara bilirik.

Beynəlxalq və ictimai təşkilatların, donor ölkələrin, biznesin və Ukrayna ilə həmrəylik göstərən sadə insanların humanitar dəstəyi qarşıdakı çətinlikləri dəf etməyimizə imkan verir.

Xüsusi təşəkkürümüzü dost Azərbaycanа bildiririk. Müharibənin ilk günlərindən Ukraynaya dəstək göstərən Azərbaycana, onun rəhbərliyinə və bütün xalqına minnətdarıq. Xüsusilə energetika sahəsində humanitar yardım, eləcə də müharibədən zərər çəkmiş uşaqlar üçün reabilitasiya və sağlamlaşdırma proqramları üçün səmimi təşəkkür edirik.

Dəstəyinizə görə sizə təşəkkür edirik”- səfilriyin paylaşımında qeyd olunub.