Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevskyi müsəlmanları Qurban bayramı münasibəti ilə təbrik edib.
TİA.AZ xəbər verir ki, diplomat təbrikini Azərbaycan dilində səsləndirib:
“Dünya müsəlmanları, eləcə də Ukraynada yaşayan müsəlmanlar Qurban bayramını qeyd edirlər. Bu bayram mənəvi birlik və həmrəylik rəmzidir.
Bundan başqa təbrik videosunda səfirin oğlu, həyat yoldaşı və Ukraynada hərbi əməliyyatlarda iştirak edən azərbaycanlı döyüşçü də yer alıb. Onlar da müsəlmanları Qurban bayramı münasibətilə Azərbaycan dilində təbrik ediblər.