Ukrayna Tatarıstanın Yelabuqa şəhərində yerləşən “Şahed” tipli pilotsuz uçan aparatların istehsal olunduğu zavoda hücum həyata keçirib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya telegram kanalları məlumat yayıb.
Məlumatda bildirilir ki, Yelabuqa şəhərində fəaliyyət göstərən bu zavod, “Şahed” dronlarının istehsalı ilə tanınır və regionda strateji əhəmiyyətə malikdir.