Ukrayna Rusiyanın “Oreşnik” raket kompleksini məhv edib

Ukrayna Rusiyanın “Oreşnik” raket kompleksini məhv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malük əməliyyatın detallarını açıqladı

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın ərazisində yerləşən “Oreşnik” adlı raket sistemlərindən birini məhv edib.Tribunainfo.az  xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasıl Malük mətbuat konfransında məlumat verib.

Əməliyyatın təfərrüatları

Malük bildirib ki, sözügedən əməliyyat 2023-cü ilin yayında həyata keçirilib:

“Bunu indiyədək heç yerdə açıqlamamışdıq. Amma indi deyə bilərəm ki, üç ‘Oreşnik’dən biri Kapustin Yar poliqonunda, Rusiya ərazisində, Müdafiə Kəşfiyyatı İdarəsi (GUR), SBU və Xarici Kəşfiyyat Xidmətinin birgə əməliyyatı ilə tam şəkildə məhv edilib. Bu, yüzfaizlik nəticə ilə başa çatan çox uğurlu bir missiya idi. O vaxt bu barədə yalnız Ukrayna prezidenti və bir neçə xarici dövlət başçısı məlumatlandırılmışdı. Əməliyyat ictimaiyyətə açıqlanmamışdı, çünki o dövrdə ‘Oreşnik’ adı hələ geniş şəkildə tanınmırdı və Rusiya bu sistemlə hələ təhdid etmirdi,” – deyə Malük vurğulayıb.
Raketlərin sayı barədə məlumat
Ukrayna prezidenti bildirib ki, kəşfiyyat məlumatlarına əsasən, Rusiya “Oreşnik” sistemi ilə üç dəfə atəş açmaq imkanına malik olub. Onlardan biri artıq istifadə olunub, biri Ukrayna qüvvələri tərəfindən məhv edilib, ən azı bir raket isə hələ Rusiyanın ixtiyarındadır.

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenko əlavə edib:

“Hazırda onların bir ədəd ‘Oreşnik’i var. Bu il ümumilikdə üç ədəd istehsal olunduğunu, gələcək illər üçün isə hər il altı ədəd istehsal planlaşdırıldığını düşünürük.”

Zelenskidən xəbərdarlıq
Prezident Volodimir Zelenski bildirib ki, Rusiya “Oreşnik” sistemlərini Belarus ərazisində yerləşdirməyi planlaşdırır.

“Biz bilirik ki, bu raketlərin təxminən 5500 kilometrlik fəaliyyət radiusu var, 700 kilometrlik ‘ölü zona’sı mövcuddur. Bu isə xüsusilə Şərqi Avropa üçün ciddi təhlükədir. Qərb tərəfdaşlarımız bu risklərə diqqət yetirməlidirlər,” – deyə Zelenski vurğulayıb.

İmran Kərimli