Ukrayna ordusu artıq Suca şəhərini tam nəzarəti ələ keçirib.
Tribunainfo.az xəbər verir ki. bu barədə Teleqram kanalları hərbi müxbirlərə istinadela məlumat yayıb.
Bildirilir ki, Kurskda hazırda vəziyyət belədir:
– Ukrayna Silahlı Qüvvələrinin 2 briqadası Sucaya daxil olub, 4 briqada səhər saatlarında Kursk vilayətinə daxil olub, daha 8-i sərhəddə ehtiyatdadır;
– Suca Ukrayna Silahlı Qüvvələrinin tam nəzarəti altındadır;
– Kursk vilayətində cəbhə xaotikdir, rabitə olmadığından heç kim harada olduğunu bilmir;
– Ukrayna Silahlı Qüvvələri Suca üçün maddi-texniki baza qurmağa və ehtiyat toplamağa davam edir;
– Ukrayna Silahlı Qüvvələri səmaya nəzarət etmək üçün Kursk vilayəti ilə sərhəddə hava hücumundan müdafiəni gücləndirib;
– Ukrayna Silahlı Qüvvələri aktiv şəkildə manevr edir, təhlükəli ərazilərdən, ətraf yaşayış məntəqələrindən yan keçir;
– Rusiya Hərbi Hava Qüvvələrinin bu istiqamətdə aviabombaları yoxdur, yalnız anbarlarda köhnə bombalar var, onların effektivliyi sıfırdır;
– Vəziyyəti sabitləşdirmək üçün “Əhməd” bölməsinin rus qanadı Kursk vilayətinə göndərilib.