Ukrayna Rusiyanın bu qədər ərazisinə nəzarət edirbackend

Ukrayna Rusiyanın bu qədər ərazisinə nəzarət edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Rusiyanın 1000 kvadrat kilometrə yaxın ərazisi Ukrayna ordusunun nəzarəti altındadır”.

Tribunainfo.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı Aleksandr Sırski Baş Qərargahın iclasında bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski əlavə edib ki, Rusiya öz etdiklərinin cavabını alır:

“Bütün hərbçilərimizə göstərdikləri mətanətə və qətiyyətli hərəkətlərinə görə minnətdarıq”.

Rusiya lideri Vladimir Putin isə hücumu böyük təxribat adlandırıb.

Onu da qeyd edək ki, təhlükəsizlik məqsədilə sakinlər Rusiyanın qərb bölgəsindən təxliyə olunub, daha 59 min nəfərin ərazini tərk etməsi bildirilib.