Ukrayna Rusiyanın arxa cəbhəsinə ən dağıdıcı zərbəsini endirdibackend

Ukrayna Rusiyanın arxa cəbhəsinə ən dağıdıcı zərbəsini endirdi (FOTO/VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna 29-dan 30 avqusta keçən gecə Pskov aerodromuna və bir sıra Rusiya vilayətlərinə PUA hücumu həyata keçirib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya “Telegram” kanalları məlumat yayıb.

TASS-ın fövqəladə hallar xidmətindəki mənbələrə istinadən verdiyi xəbərə görə, Pskovdakı hərbi aerodroma PUA hücumu zamanı 4 İl-76 təyyarəsi zədələnib.
Bu, bu müharibə zamanı Rusiya ordusunun arxa cəbhədə verdiyi ən böyük itkilərdən biridir.
Hücumla bağlı ilk məlumat Bakı vaxtı ilə 00:44 radələrində ortaya çıxıb.
Daha sonra Pskov qubernatoru Mixail Vedernikov dronların şəhərin aerodromuna hücumunu təsdiqləyib.
“Pskovskaya quberniya” Teleqram kanalı aerodromda yanğının və yanan təyyarələrin videosunu yayımlayıb.

Kanalın məlumatına görə, zərbələrdən biri aerodromun yanacaq anbarına vurulub. Ümumilikdə, aerodrom ətrafında ən azı 10 dron görünüb.
Dərc edilən videolardan görünür ki, Rusiya qüvvələri PUA-ları atıcı silahlardan vurmağa çalışırlar.
Pskovdan Ukrayna ilə sərhədə qədər düz xətt üzrə (Belarus vasitəsilə) – təxminən 700 km-dir.
Digər Rusiya Teleqram kanalların məlumatına görə, Ukrayna eyni zamanda Rusiyanın Bryansk, Tula, Orlyol, Lipetsk və Kaluqa vilayətlərinə də PUA hücumları həyata keçirib.
Məlumatlara görə, Bryanskda partlayışlardan sonra Rusiyanın ən böyük mikroelektronika zavodu olan Kremniy EL-də yanğın baş verib.
Nizami Bağırov
Hücumdan əvvəl Pskov aerodromunun peyk görüntüsü